De Byazi getdi
Canni De Byazi Azərbaycan yığmasını tərk edib.
Mozalan.az xəbər verir ki, bunu AFFA-nın baş katibi Sərxan Hacıyev açıqlayıb.
İtaliyalı mütəxəssislə yeni müqavilə imzalanmayacaq.
Bu barədə qərar bu gün AFFA İcraiyyə Komitəsinin iclasında verilib.
Qeyd edək ki, Canni De Byazi 2020-ci ildən Azərbaycan millisinə rəhbərlik edib.
***
10:37
Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilir.
Mozalan.az xəbər verir ki, iclasda Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazinin taleyinə aydınlıq gələcək.
İK-nın iclasında Elxan Məmmədov və Mahir Məmmədov, Fərid Mansurov və Elmar Məmmədyarov iştirak etmir.
İclas başlayandan 10 dəqiqə sonra De Byazi AFFA-nın inzibati binasından çıxıb. O, arxa qapıdan çıxaraq federasiyanın binasını tərk edib.
Qeyd edək ki, Canni De Byazi 2020-ci ildən Azərbaycan millisinin baş məşqçisidir. Yığma onun rəhbərliyi atında son oyununda Avro-2024-ün seçmə mərhələsində səfərdə Belçikaya 0:5 hesabı ilə uduzub.