Bir övladını eyni xəstəlikdən itirən ana fəryad edir: “Laçının müalicəsi üçün yardıma ehtiyacımız var” - FOTO
Altı yaşlı Laçının sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Mozalan.az-a onun anası Samirə Orucova məlumat verib.
O bildirib ki, övladı anadangəlmə ürəyin işemik xəstəliyindən əziyyət çəkir.
“Laçının 6 yaşı var. Doğulan gündən ürək xəstəliyindən əziyyət çəkir. 7 ay öncə ürəyinin tac damarlarından əməliyyat keçirib. Hazırda isə müalicəyə ehtiyacı var”.
Samirə Orucova eyni xəstəlikdən əziyyət çəkən digər qız övladının vəfat etdiyini deyib.
“Laçının bir bacısı eyni xəstəlikdən vəfat edib. Ataları isə bu xəstəliyə görə bizi atıb. Hazırda Laçının müalicələrini, evin kirayəsini, inanın, güclə çatdırıram. Laçının müalicəsi üçün bizim aylıq 300-400 manata ehtiyacımız olur. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.
Ailə ilə əlaqə: (070) 315-26-02.