CAR İsraillə diplomatik əlaqələri dayandırıb
Cənubi Afrika Respublikasının (CAR) parlamentariləri İsrailin Pretoriyadakı səfirliyinin bağlanması təklifinin lehinə səs veriblər.
Bu barədə çərşənbə axşamı Yaxın Şərq mediası məlumat yayıb.
Parlamentin 248 deputatı bu təklifin lehinə, 91-i isə əleyhinə çıxış edib. Təklif əsasən simvolik xarakter daşıyır: bu halda parlament sadəcə bu məsələyə münasibət bildirə bilər. Səfirliyin bağlanması əmrini isə ancaq prezident Kiril Ramafosanın hökuməti qəbul edə bilər.
Xatırladaq ki, daha əvvəl İsrailin Cənubi Afrikadakı səfiri Eli Belotserkovskini məsləhətləşmələr üçün geri çağırdığı barədə xəbər yayılıb.
Qeyd edək ki, Cənubi Afrika və İsrail arasında münasibətlər son vaxtlar Qəzza zolağındakı vəziyyətə görə pisləşib. Belə ki, prezident Ramafosa bu yaxınlarda bəyan edib ki, İsrail Qəzzada müharibə cinayətləri və soyqırım anlayışına daxil olan hərəkətlər edir.
Daha əvvəl noyabrın əvvəlində Cənubi Afrika İsraildəki səfirini geri çağırıb və bütün diplomatik personalını ölkədən çıxarıb.
Mənbə: interfax.ru