Səkkiz yaşlı Tunarın dəstəyə ehtiyacı var: Müalicə üçün pul lazımdır - FOTO
Səkkiz yaşlı Tunarın sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Mozalan.az-a onun anası Natəvan Əzizova məlumat verib.
O bildirib ki, övladı dörd aylıq olarkən ona talassemiya diaqnozu qoyulub.
“Tunar iki aylıq olarkən peyvənd vurdurmaq üçün poliklinikaya müraciət etdik. Müayinələr nəticəsində onda qan azlığı müəyyən edildi. Müəyyən müalicələr olsa da, dörd aylığında onun vəziyyəti anidən pisləşdi. Müayinələr nəticəsində övladımın beta talassemiya xəstəliyindən əziyyət çəkdiyini öyrəndik. Hazırda Tunarın müalicələrini etdirmək üçün imkanımız yoxdur. Onun biraylıq müalicəsi üçün bizim 700-800 manata ehtiyacımız olur. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.
Ailə ilə əlaqə: (055) 944-12-74.