Nov 20

Vladanka Andreyeva: “BMT Azərbaycanda qadın hüquqlarının müdafiəsini fəal şəkildə dəstəkləyir”

“BMT Azərbaycanda qadın hüquqlarının qorunması və inkişaf etdirilməsi ideyasını fəal şəkildə dəstəkləyir”.

“Report” xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva noyabrın 20-də Qoşulmama Hərəkatının ailə, qadın komitələrinin Bakıda keçirilən “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, qadın hüquqlarının təmin edilməsi məsələsi BMT-nin gündəliyinin ayrılmaz hissəsidir:

“Bu gün biz gender bərabərliyi məsələsində dialoq üçün hər cür platformadan istifadə etməliyik”.

BMT-nin rezident əlaqələndiricisi vurğulayıb ki, gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması sahəsində müsbət nəticələr gələcəkdə bu istiqamətdə yeni təşəbbüslərə ilham verə bilər.

Bənzər xəbərlər

Gündəm

0.029864072799683