Mingəçevirdə uşaqlar arasında hepatit A virusu necə yayılıb? - VİDEO
Qızdırma, qarın hissəsində ağrı, ürəkbulanma, rəngin saralması əlamətlərini biruzə verən xəstəlik “Hepatit A” virusudur.
Xezerxeber.az-ın məlumatına görə, son bir həftə ərzində Mingəçevir şəhərindən bu diaqnozla altı şagird paytaxtın 2 nömrəli Kliniki Uşaq Xəstəxanasına gətirilib.
Daxil olan dörd oğlan və iki qız uşağına xəstəxanada ilkin yardım edilib. Onların bəzilərinin vəziyyəti stabilləşib.
Kliniki Tibbi Mərkəzin nəzdindəki 2 nömrəli Kliniki Uşaq Xəstəxanasın şöbə müdiri Aynur Musayeva deyir ki, daxil olan uşaqlardan ikisində “Hepatit A” virusu aşkar edilib.
Digər dörd uşaqda isə hələ ki hepatit A virusu təsdiq edilməyib.
Müraciət edən xəstələrdən iki nəfər ambulator müalicə üçün evə buraxılacaq, digər dörd nəfər isə xəstəxanada həkim nəzarəti altında müalicə alacaqlar.
Ətraflı süjetdə: