XTQ komandirinin döyüş yolu - VİDEO
Vətən müharibəsində qələbəmiz ilə bitən döyüşlərin ilk sevincini də qəhrəmanlarımız yaşayıblar.
Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlısı polkovnik-leytenant Zaur Rəhimov da onlardan biri olub.
Müharibə dövründə “Pələng” Xüsusi Təyinatlı dəstəsinin komandiri olan Zaur Rəhimovun döyüş yolu sentyabrın 27-si Murovda başlayıb.
O, həmin gün ağır yaralansada, yenidən cəbhəyə qayıdıb.
“Gördüm ki, ayağım qopub, çəkmənin ipləri ilə qopan ayağımı digərinə bağladım”, - deyə Z.Rəhimov qeyd edib.
Ətraflı İTV-nin süjetində: