Nov 11

Bakı Kitab Mərkəzində Mixail Qusmanla görüş olub - FOTO

Bakı Kitab Mərkəzində (Baku Book Center) TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini, Rusiya Federasiyasının Əməkdar jurnalisti Mixail Solomonoviç Qusmanla görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir IX Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Bakıdakı Rus Evi (Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi) ilə birgə təşkil olunub.

Tədbirdə mərkəzin direktoru Günel Rzayeva çıxış edərək Bakıdakı oxucuların sonuncu dəfə Mixail Qusmanla görüşünün üç il əvvəl, pandemiyadan əvvəl Bakı Kitab Mərkəzində keçirildiyini bildirib, məşhur jurnalistlə bu məkanda yenidən görüşməkdən məmnunluğunu ifadə edib.

Mixail Qusman Bakıda keçirdiyi uşaqlıq illərindən, peşə fəaliyyətindən danışıb, jurnalistika və ədəbiyyat sahəsindəki təcrübəsindən söz açıb.

“Mən bir çox şəhərləri sevirəm, amma Bakının ürəyimdə xüsusi yeri var. Bakılı ola bilməzsən, bakılı doğula bilərsən. Burada özümü psixoloji cəhətdən yaxşı hiss edirəm. Mənim üçün Bakıda olmağım heç nə ilə müqayisə edilə bilməz. Bu, yediyin təamın özünəməxsus dadıdır, xüsusi qavrayış tələb edir, Bakı bulvarında gəzməyin bəxş etdiyi həzdir...”, - deyə Mixail Qusman qeyd edib.

Tədbirdə Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov, ölkə ziyalıları və ictimaiyyətinin nümayəndələri, paytaxt universitetlərinin müəllimləri, tələbələri iştirak ediblər.

Sonra görüş açıq söhbət formatında davam edib.

Bənzər xəbərlər

Gündəm

0.028372049331665