Sabirabad sakini intihar etdi
Sabirabadda çilingər özünü asaraq intihar edib.
APA-nın məlumatına görə, hadisə Sabirabad şəhərində Şamaxı qəbiristanlığı adlanan ərazinin yaxınlığındakı avtomobil təmiri sexində baş verib.
Həmin sexdə çilingər işləyən Sabirabad sakini, 1994-cü il təvəllüdlü Nizami Mübariz oğlu İbrahimov sexdə asılmış vəziyyətdə aşkar edilib.
Meyit müayinə olunmaq üçün Sabirabad morquna yerləşdirilib.
Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.