Naxçıvanda magistral su xəttində qəza olub, təchizat dayandırılıb
Naxçıvan şəhərinin 3-cü mikrorayonu ərazisində, Babək küçəsində magistral su xəttində qəza baş verib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, qəzaya səbəb qaynaq birləşmələrinin keyfiyyətsiz olması göstərilib. Qəza nəticəsində Babək küçəsi, 6-cı məhəllə və Hacıniyyət kəndi ərazisində suyun verilişi dayandırılıb.
Naxçıvan Su Kanalizasiya İdarəsinin əməkdaşları hadisə yerinə gələrək təmir işlərinə başlayıblar. Bildirilib ki, saat 13:00-dan sonra ərazilərə suyun verilişi tam bərpa ediləcək.