Bakıda iki avtomobil toqquşub, xəsarət alan var
Bakının Xəzər rayonunda 25 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
“Report” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1998-ci il təvəllüdlü Minəxanım Nazim qızı Əliquliyeva xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.