Bakı sakini avtomobil idarə etmədiyi halda cərimələndi - VİDEO
Bakı sakininə avtomobil idarə etmədiyi halda cərimə gəlib.
Şikayətçi Nicat Cəfərov bildirib ki, sözügedən avtomobili satmaq üçün ölkəyə gətirdib və özünün sürücülük vəsiqəsi yoxdu:
“Avtomobil qeydiyyatda öz adımadır. Mənim sürücülük vəsiqəm olmadığı üçün canlı etibarnamə kimi qardaşımın yanında otururam və avtomobili o idarə edir. 270 manat cərimə gəldi. Radarda isə göstərir ki, avtomobili guya mən idarə etmişəm. Amma fotolarda yalnız avtomobilin qeydiyyat nömrəsi var”.
Ətraflı “ATV Xəbər”in süjetində: