Oct 30

Qurumların unutduğu yer: Qubanın qazsız, asfaltsız qalan kəndi - VİDEO

Havalar soyuduqca gündəmə gələn əsas məsələlərdən biri də istilikdir.

Ölkənin bir çox əraziləri mavi yanacaqla təmin edilsə də, istilik ala bilməyən kəndlər də var. Onlardan biri də Qubanın Səbətlər kəndidir.

Sakinlər deyirlər ki, bura sanki aidiyyəti qurumların yadından çıxıb.

Qış aylarında isə qızınmaq üçün odundan istifadə edilir ki, bu da onlara 600-700 manata başa gəlir:

“Armud ağacını kəsmişəm, odun almağa imkanım yoxdur. Qaz olsa, belə əziyyət çəkmərik”, – kənd sakini deyib.

Məsələ ilə bağlı “Azəriqaz”dan bildirilib ki, sözügedən kəndin qazlaşması 2024-cü ilin kapital qoyuluşu planına daxil edilib. Yəni növbəti ildə bu kəndin daşıyıcı qaz xəttinin çəkilməsi nəzərdə tutulur.

Bənzər xəbərlər

Gündəm

0.063141107559204