Oct 25

İşğaldan azad edilmiş ərazilərə yeni marşrutlar açılacaq? - RƏSMİ AÇIQLAMA

“İşğaldan azad edilmiş ərazilərə sərnişindaşıma fəaliyyətinin genişləndirilməsi və müxtəlif istiqamətlərdən yeni avtobus marşrutlarının açılması tələbatla yanaşı, mövcud infrastruktur nəzərə alınmaqla tənzimlənir”.

Bu barədə “Trend”in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyidən məlumat verilib.

Bildirilib ki, işğaldan azad olunmuş ərazilərə səfər zamanı həm sərnişinlərin, həm də ümumilikdə hərəkətin təhlükəsizliyi təmin edilməlidir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tələbata və hazır olan yol infrastrukturuna uyğun olaraq Bakı-Şuşa, Bakı-Ağdam, Bərdə-Ağdam, Əhmədbəyli (Füzuli)-Şuşa, Tərtər şəhəri-Talış kəndi, Horadiz (Füzuli)-Ağalı (Zəngilan) istiqamətlərdə avtobus marşrutları fəaliyyət göstərir.

İşğaldan azad olunmuş digər ərazilərdə təhlillər aparılır.

Bənzər xəbərlər

Gündəm

0.041824102401733