Oct 25

Həsən və Məhəmmədin əməliyyatı üçün dəstəyə ehtiyacı var - FOTO

Həsən və Məhəmməd Mirzəzadələrin dəstəyə ehtiyacı var.

Bu barədə Mozalan.az-a onların anası Sərmayə Mirzəyeva məlumat verib.

O bildirib ki, övladlarının ikisi də anadangəlmə serebral iflicdən əziyyət çəkir.

“Həsənin 8, Məhəmmədin 4 yaşı var. İkisi də anadangəlmə serebral iflicdən əziyyət çəkir. Mənim dəstəyim olmadan heç nə edə bilmir övladlarımın ikisi də. Hazırda ikisi də əməliyyat olunmalıdır. Bunun üçün isə bizim imkanımız yoxdur”.

Gənc ana övladlarının əməliyyatı üçün 9 000 manata ehtiyacları olduğunu deyib.

“Yoldaşım fəhlədir, mənsə uşaqlara görə işləyə bilmirəm. Mən olmasam, demək olar ki, heç nə edə bilmirlər. Özümüz Bakıda kirayədə qalırıq. İki xəstə uşağa baxmaq, inanın, çox çətindir. Hazırda isə əməliyyata ehtiyacımız var. Bunun üçün imkanımız çatmır. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (055) 750-75-11

Bənzər xəbərlər

Gündəm

1.2491281032562