11 aylıq körpənin üstünə qaynar çaydan aşıb: Yardıma ehtiyacı var - FOTO
11 aylıq Ömərin sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Mozalan.az-a onun anası Gülxanım Məmmədova məlumat yayıb.
Bildirilib ki, övladı oktyabrın 5-də yanıb.
“Biz Qusarda yaşayırıq. Hadisə oktyabrın 5-də baş verdi. Ömər iməkləyərək elektrik çaydanının naqilini üzərinə dartdı. Nəticədə ayaqları, beli yanıb. Hadisədən sonra bizi dərhal Bakıda yerləşən xəstəxanalardan birinə göndərdilər. İnanın, Bakıya gəlmək üçün qonşudan borc almışıq. Bakıda müalicələrini etdik, amma imkansızlıq səbəbindən xəstəxanadan çıxmağa məcbur olduq. Hazırda Ömərin dərmanlarını almaq üçün 500 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən övladıma dəstək olmalarını xahiş edirəm”.
Ailə ilə əlaqə: (050) 976-67-78