Şabranda çaydan kişi meyiti tapılıb

Şabran rayonunda təxmini 20-25 yaşlı naməlum kişi meyiti tapılıb.
“Report”un Şimal bürosunun məlumatına görə, meyit rayon ərazisindən keçən “Şabrançay” su kanalından aşkarlanıb.
Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırmalara başlanılıb.