İsrail məktəbləri distant təhsilə keçib
İsrail Təhsil Nazirliyi təhsil müəssisələrini distant iş rejiminə keçirib.
Verilən məlumata görə, məktəblər daha əvvəl COVID-19 pandemiyası zamanı tətbiq edilən distant formatda fəaliyyət göstərəcək.
Eyni zamanda, bəzi təhsil müəssisələrinin Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, həmçinin təhlükəsizlik vəziyyəti nəzərə alınmaqla dərsləri əyani formatda keçirmək hüququ var.
Qeyd olunur ki, distant təhsil formatının nə qədər davam edəcəyi hələlik məlum deyil.
Həmçinin vurğulanır ki, İsrailin təhsil sistemi çətinliklərlə üzləşir: Qəzza zolağına yaxın ərazilərdən evakuasiya edilən bir çox ailələrin kompüterləri yoxdur və buna görə də hələ ki, distant təhsil rejiminə qoşula bilmirlər.
Xatırladaq ki, oktyabrın 9 və 10-da ölkə üzrə təhsil müəssisələrində təhlükəsizlik şəraiti ilə əlaqədar dərslər ləğv edilib.
Mənbə: The Times of Israel