Oct 15

Gəncədə “Mercedes-Benz” ağaca çırpılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes-Benz” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib.

Nəticədə avtomobil ağaca çırpılıb.

Qəza zamanı sürücü, 1999-cu il təvəllüdlü Fərhad Babayev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bənzər xəbərlər

Gündəm

0.019288063049316