Bakıda “parkovşik” aptekdə öldü
Bakıda aptekdə ölüm hadisəsi olub.
“Lent.az” xəbər verir ki, hadisə Nizami rayonunda, metronun “Neftçilər” stansiyası yaxınlığındakı apteklərdən birində qeydə alınıb.
Parklanma nəzarətçisi işləyən 43 yaşlı Mirağa Mirəli oğlu Mehtiyevin qəfil halı pisləşib. O, dərman almaq üçün aptekə daxil olub.
Lakin M.Mehtiyev burada keçinib. Onun xəstəlikdən öldüyü ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.