İki övladı ağır xəstəlikdən əziyyət çəkən ana fəryad edir: “Övladlarımı itirsəm, dəli olaram” - FOTO
Arzu və Dəniz Zamanlı bacılarının sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Mozalan.az-a onların anası Axirə Zamanova məlumat verib.
O bildirib ki, övladlarının ikisi də eyni xəstəlikdən əziyyət çəkir.
“Böyük qızım Arzunun 15 yaşı, kiçik qızım Dənizin isə 12 yaşı var. Onlar anadangəlmə kəskin trombositopatiya xəstəliyindən əziyyət çəkirlər. Demək olar ki, doğulduqları günlərdən müalicələr edirik. Bəzən imkan olmadığı üçün müalicəni saxlayırıq, bu zaman isə övladlarımın vəziyyətləri ağırlaşır”.
Axirə Zamanova övladlarına tək baxdığını deyib.
“Yoldaşım 2016-cı ildə vəfat edib. O gündən övladlarıma tək baxıram. Kirayədə yaşayırıq. İnanın bir qarnı tox, bir qanı ac böyütmüşəm övladlarımı. Əlimdən gələni etməyə çalışsam da, bəzən tükənirəm. Hazırda nə satmağa heç nəyim, borc almağa adamın qalmayıb. Övladlarımın müalicəsi üçün 3 000 manata ehtiyacımız var. Onlardan başqa heç kimim yoxdur, övladlarımı itirsəm, dəli olaram. Yardımsevər şəxslərdən bizə dəstək olmaqlarını xahiş edirəm”.
Ailə ilə əlaqə: (055) 875-46-98