Oct 13

Dövlətin pulsuz verdiyi dərmanı TƏBİB-in gizlətməsi iddialarına REAKSİYA - FOTO

“Artıq 2 aya yaxındır ki, boyu qısa olan uşaqların boyunu artırmaq üçün dövlət tərəfindən verilən, büdcədən pul ayrılan bahalı “Norditropin” preparatı (Somatotrop hormon, somatropin) TƏBİB tərəfindən xəstələrə verilmir”.

Ölkə.Az xəbər verir ki, bu iddia ilə radioloq Aydın Əliyev çıxış edib. O bildirib ki, belə olan halda vətəndaşlar qiyməti təqribən 200 AZN olan bu dərmanı özləri almalı olurlar:

“Daha doğrusu, “öz adamlarına” verilir, yüzlərlə ehtiyacı olan uşaqlara isə “naməlum” və “qaranlıq” səbəblərdən verilmir. Qələm şəklində olan bu preparatın təqribən həftədə bir flakonu uşağa inyeksiya edilməlidir. Beləliklə, hazırkı iqtisadi çətin durumda olan əksər valideynlər öz övladlarını bu preparatla təmin etmək üçün ayda 800-1000 manat pul xərcləməlidirlər. Bu insanlar çox çətin duruma düşüblər”, - deyə həkim qeyd edib.

İddialarla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, bu sözügedən preparatın istehsalının dayanması ilə əlaqədardır:

“Uşaqlarda boy hormonunun müalicəsi üçün istifadə olun dərman vasitəsi “Novo Nordisk” dərman şirkəti tərəfindən istehsal olunur. 

2020-ci ildən 2023-cü ilin avqust ayına qədər bu preparatın təminatı 1500-ə qədər uşağı əhatə edib. Lakin cari il ərzində dünyada boy hormonunun müalicəsi üçün nəzərdə tutulan preparatların xammalının əldə olunmasında yaranan çətinlik səbəbindən artıq 2 aydır ki, istehsalçı şirkət adıçəkilən preparatın təminatını dayandırıb.

Yaranmış problemin aradan qaldırılması məqsədilə TƏBİB tərəfindən dərhal zəruri addımlar atılıb. Növbəti aydan boy hormonu müalicəsində istifadə olunan preparatın TƏBİB-in tabeliyində fəaliyyət göstərən Respubllika Endokrinoloji Mərkəzinə təminatının başqa şirkət vasitəsilə bərpa olunması nəzərdə tutulub”. 

Qurumdan, həmçinin o da deyilib ki, həmin preparatdan məqsədyönlü istifadəsini təmin etmək üçün yalnız xüsusi komissiyada xəstənin sağlamlıq vəziyyəti, preparata ehtiyac səviyyəsi və əks göstərişlər nəzərə alınmaqla imtiyazlı qrupa daxil olan xəstələrə verilməsi təmin olunur.

Bənzər xəbərlər

Gündəm

0.051068067550659