İstanbulda amansızcasına döyülən şəxs polisdə qarşı tərəfdən şikayətçi olmadığı bildirib - ANBAAN VİDEO
İstanbulun Kağıthane məhəlləsində parkda oturan üç yeniyetmə onlara tərəf müxtəlif əl hərəkəti göstərən şəxsi təqib edərək onu amansızcasına döyüb.
Gənclərdən biri hadisəni anbaan telefonu ilə qeydə alıb.
Qısa müddət sonra əraziyə polis əməkdaşları yaxınlaşıblar.
Maraqlıdır ki, döyülən şəxs ona qarşı edilən fiziki zorakılığa görə şikayətçi olmadığını bildirib.
O, öz hərəkətini sadəcə anlaşılmazlıq kimi təqdim edib.
Mənbə: İHA