Bu ölkədə 4 milyon insan aclıqla üzləşib
Şərqi Afrikadakı Malavi Respublikasında quraqlıq aclıq təhlükəsi yaradıb. Paytaxt da daxil olmaqla, ölkənin 28 əyalətindən 11-də fəlakət rejimi elan edilib.
Mozalan.az xəbər verir ki, bu barədə ölkə prezidenti Peter Mutarika açıqlama verib.
Respublika lideri beynəlxalq ictimaiyyəti sakinlərə kömək etməyə çağırıb.
Hökumətin hesablamalarına görə, ölkədə 4 milyon insan və ya ümumi əhalinin 22%-i aclıq təhlükəsi ilə üzləşib.



















































