Oct 11

Füzuli sakini: “Yurdumuza qovuşmaq bizlər üçün həyatımızın ən gözəl hədiyyəsidir”

“Otuz ildən sonra yurdumuza qovuşmaq bizlər üçün həyatımızın ən gözəl hədiyyəsi oldu. Ötən bu illərdə bu torpağın havası, suyu üçün çox həsrət çəkdik. Amma bir an olsun belə ümidimizi itirmədik”.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Füzulidə məskunlaşan Sara Salmanova bildirib.

“Doğma yerlərə qayıdacağımıza inanırdıq. İndi həmin günlərin reallaşdığının şahidi oluruq. Bu məhəllə bizim ata-baba məhəlləmiz olub, arzularımız, xəyallarımız yarımçıq qalan həmin məhəllədə məskunlaşdıq. Bizlər üçün bundan böyük ərməğan ola bilməz. Bu günləri bizə yaşadan Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Ordumuza təşəkkür edirik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin, onların qanı, canı bahasına biz doğma yurdumuza qovuşduq”.

Qeyd edək ki, bu gün Füzuli şəhərinə növbəti köç reallaşıb, 21 ailə olmaqla 88 Füzuli sakini doğma yurduna qovuşub. Bununla da Füzulidə 602 nəfər olmaqla 165 ailənin məskunlaşması təmin edilib.

Bənzər xəbərlər

Gündəm

0.057405948638916