Şotlandiyalı nazirin yaxınları Qəzzada qalıblar
Şotlandiyanın birinci naziri Həmzə Yusaf bildirib ki, onun qayınatası və qayınanası yaşlı qohumunu ziyarət etmək üçün gəldikləri Qəzza zolağından çıxa bilməyiblər.
O vurğulayıb ki, 2 milyondan çox insanın yaşadığı Qəzza zolağının mülki əhalisi Fələstinin HƏMAS hərəkatının İsrailə qarşı hücumlarından sonra yaranmış vəziyyətin girovu olub.
“Mənim üçün günahsız israillilərin həyatı günahsız fələstinlilərin həyatı qədər dəyərlidir. İndi hər iki tərəfdən bir çox günahsız insan ölür və buna heç bir şəkildə haqq qazandırmaq olmaz”, - o bildirib.
Qeyd edək ki, Həmzə Yusaf pakistanəsilli müsəlmandır.
Mənbə: TASS