Oct 10

Robert Kennedi prezident seçkisində müstəqil namizəd kimi iştirak edəcək

Robert Kennedi (kiçik) 2024-cü ildə ABŞ-də keçiriləcək prezident seçkisində Demokratlar Partiyasının nümayəndəsi kimi deyil, müstəqil namizəd kimi iştirak edəcəyini açıqlayıb.

O, Filadelfiyadakı tərəfdarlarına “Mən özümü prezidentliyə müstəqil namizəd elan edirəm”, - deyib.

Qeyd edək ki, Demokratlar Partiyasından prezident seçkisində əsas namizəd hazırkı dövlət başçısı Co Baydendir. Bəzi partiya nümayəndələri onun yaşı ilə əlaqədar ölkəyə rəhbərlik edə biləcəyinə şübhə ilə yanaşsalar da, digər namizədlərin seçkidə iştirakı ciddi müzakirə olunmayıb.

Mənbə: TASS

Bənzər xəbərlər

Gündəm

0.049562931060791