Oct 10

Qərb bölgəsində elektrik enerjisinin verilişində yaranan fasilələr aradan qaldırılıb - YENİLƏNİB

Bu gün Gəncə şəhəri, Şəmkir və Goranboy rayonlarının bəzi yerlərində güclü külək səbəbindən elektrik enerjisinin verilişində yaranan fasilələr artıq aradan qaldırılıb.

Bu barədə “Azərişıq” ASC-nin Mətbuat Xidmətindən bildirilib.

Açıqlamada deyilir ki, hazırda ölkə ərazisində dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatı üçün qurum əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar:

“Abonentlərdən xahiş edirik ki, qarşılaşdıqları elektrik kəsintisi və qəza halları ilə bağlı 24 saat fasiləsiz fəaliyyət göstərən “199” Çağrı Mərkəzi ilə əlaqə saxlasınlar. Onu da qeyd edək ki, Çağrı Mərkəzinə edilən zənglər ödənişsizdir”.

22:30

Gəncə şəhəri, Şəmkir və Goranboy rayonlarının bəzi yerlərində güclü külək səbəbindən elektrik enerjisinin verilişində yaranan fasilələr aradan qaldırılır.

“Azərişıq” ASC-nin Mətbuat Xidmətindən verilən məlumata görə, hazırda Gəncə şəhərinin bir küçəsində, Goranboy rayonunun isə iki kəndində ağac aşması nəticəsində elektrik enerjisinin verilişində yaranan fasilələr yaxın saatlarda aradan qaldırılacaq.

21:13

Gəncə şəhərində və ətraf rayonlarda axşam saatlarından başlayaraq güclü külək əsir, Goranboy və Şəmkir rayonlarının bəzi hissələrində elektrik enerjisinin verilməsində fasilə yaranıb.

“Report”un məlumatına görə, güclü külək səbəbindən Şəmkir şəhərinin bəzi hissələrində, Goranboy rayonunun Boluslu, Məşədiqaralar və Eyvazlılar kəndlərində elektrik enerjisinin verilməsi dayandırılıb.

Qeyri-sabit hava şəraiti səbəbindən başqa fəsadların olub-olmadığı aidiyyəti qurumlar və idarələr tərəfindən araşdırılır.

Bənzər xəbərlər

Gündəm

0.02773904800415