Oct 06

ABŞ-də qəhvəsiz qəhvə icad etdilər

Bu həftə ABŞ-də tərkibində qəhvə dənələri olamayan qəhvə satışa çıxarılacaq.

“Atomo” startapı bu yeni məhsulla bazara daxil olub.

Yeni içki təbiəti xilas etmək və meşələrin qırılma sürətini azaltmaq üçün bazara çıxarılır.

Araşdırmalara görə, 2050-ci ilə qədər qəhvə dənələrinin becərildiyi ərazilərin təxminən yarısı yeni iqlim şəraitinə görə yararsız hala düşəcək. Buna görə qəhvə təsərrüfatları daha da genişlənir, uyğun bir sahə axtarışında meşələr qırılır.

Startap iştirakçıları ətraf mühitə daha az zərərli olan qida tullantılarından kofe yaratmağın yolunu tapıblar. Yeni məhsul xurma çəyirdəyindən hazırlanıb. Onun istehsalı atmosferə 93% daha az karbon buraxır və adi qəhvə istehsalı ilə müqayisədə 94% daha az su istifadə edir.

Şirkət artıq dünyanın ən böyük qəhvə şirkətləri ilə mümkün tədarükləri müzakirə edir.

Mənbə: gazeta.ru

Bənzər xəbərlər

Gündəm

0.028310060501099