Oct 05

Tenerife adalarında meşə yanğını ilə əlaqədar 2,6 min insan təxliyə edilib - VIDEO

İspaniyanın Tenerife adasının (Kanar adalarının muxtar icması) ən azı 2,6 min sakini yenidən meşə yanğının baş verməsi səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.

Bu barədə regional hakimiyyət orqanlarının press-relizində bildirilib.

Onların verdikləri məlumata görə, avqustun 15-də Tenerifedə başlayan və avqustun 28-də nəzarət altına alınan, lakin aktiv olaraq qalan və söndürüldüyü elan edilməyən iri meşə yanğınının bir neçə bölgəsində yenidən alovlanma baş verib.

Bununla əlaqədar qabaqlayıcı tədbir olaraq 2,6 minə yaxın insanın təxliyəsi barədə qərar verilib.

“El Periódico” qəzetinin məlumatına görə, vəziyyət artıq stabilləşib.

Xatırladaq ki, yanğın başlayandan bəri o, 15 min hektar meşə plantasiyasını məhv edib.

Kanar adaları hökumətinin başçısı Fernando Klavixo Tenerifedəki meşə yanğınını son 40 ilin ən ciddi yanğını adlandırıb.

Mənbə: TASS

Bənzər xəbərlər

Gündəm

0.030230045318604