Oct 05

İnsanların həyatına təhlükə yaradıb sosial şəbəkələrdə “ölüm oyunu” adı ilə paylaşan şəxslər saxlanılıblar

Sosial şəbəkələrdə “ölüm oyunu” adı ilə paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində təpəlikdən kənar dairəvi yola təkər atılmasını əks etdirən görüntülər araşdırılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən hərəkət iştirakçılarının həyatına və əmlakına real təhlükə yaradan şəxslər müəyyən ediliblər. Həmin əməli törədən şəxslər - 2006-cı il təvəllüdlü Sədrəddin Həsənov və 2007-ci il təvəllüdlü Pünhan Hüseynli saxlanılaraq polis orqanına gətiriliblər.

Faktla bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq ictimai təhlükəli əmələ hüquqi qiymət veriləcək.

Bənzər xəbərlər

Gündəm

0.036506175994873