Oct 05

“Qərbi Nil” adlandırılan yeni virus tapılıb, müalicəsi yoxdur

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) paytaxtı Lefkoşada yeni virus aşkar edilib.

Bildirilir ki, virus insanlara “Culex” növündən olan ağcaqanadların dişləməsi ilə keçir.

“Qərbi Nil” adlandırılan virusun qarşısını peyvəndlə almaq və ya dərmanla müalicə etmək mümkün deyil.

Qeyd olunur ki, virusun əsas əlamətləri ürəkbulanma, dəridə yaranan qızarmalar, ishal, halsızlıqdır.

Məlumata görə, virusun daha çox yayılmasının qarşısını almaq üçün lazımi tədbirlər görülür.

Mənbə: Anadolu

Bənzər xəbərlər

Gündəm

0.029658794403076