Ermənistanda koronavirusa yoluxma sayı kəskin artıb
Ermənistanda koronavirusa yoluxanların sayında kəskin artım qeydə alınıb.
Ölkə mediasında yayılan xəbərə görə, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzi məlumat yayıb.
Belə ki, son 7 gündə Ermənistanda 217 COVID-19 hadisəsi qeydə alınıb və bu, ötən həftə ilə müqayisədə 95 hal və ya 43,7% artım olduğunu göstərir.
Qeyd edilir ki, hazırda SARS-CoV-2 ştammının BA.2.86 (Pirola), EG.5 (Eris), XBB.1.5 (Kraken), Xbb.2.3 (Akruks) subvariantları dolaşmaqdadır.