Oct 04

Milli fəallar cərimə cəzasına məhkum ediliblər - FOTO

Güney Azərbaycan Milli Hərəkatının fəalları Yunis Quluzadə və İbrahim Asimani Təbriz şəhər İkinci Cinayət Məhkəməsinin 108-ci şöbəsi tərəfindən həbs və şallaq əvəzinə nağd pul cəzasına məhkum ediliblər.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, onlar “qanunsuz toplantılara qatılmaq”da ittiham ediliblər. Hər iki fəal 220 milyon tümən (8 min 104 AZN) cərimə cəzasını ödəməlidir.

 

Bənzər xəbərlər

Gündəm

0.040127992630005