Oct 03

Xaçmazda güclü yağış fəsadlara səbəb olub

Xaçmazda güclü yağış fəsadlara səbəb olub.

APA-nın yerli bürosu xəbər verir ki, güclü yağış nəticəsində rayonda elektrik enerjisinin verilməsində fasilə yaranıb. Yüksək gərginlikli elektrik xəttində qəza baş verdiyi bildirilir.

Xaçmaz Elektrik Şəbəkəsindən APA-ya bildirilib ki, hazırda rayonda müşahidə olunan güclü yağışla əlaqədar 10 kilovoltluq yüksək gərginlikli elektrik xəttində qəza olub. Nəticədə Nərəcan, Uzunoba, Əhmədoba, Qaracəlli, Müşkür və s. kəndlərə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Qəza briqadaları əraziyə cəlb edilib, yaşayış məntəqələrinə enerjinin verilişini bərpa etmək üçün işlər görülür.

Bənzər xəbərlər

Gündəm

0.030328989028931