Oct 01

Azərbaycan dövləti İrpendə poliklinikanın təmirini öz üzərinə götürüb

“Ukraynanın İrpen şəhərində SOCAR şirkəti Azərbaycan hökumətinin yardımı ilə poliklinikanı təmir edəcək. Azərbaycanlı tərəfdaşlar təmirə 60 milyon qrivna ayırıblar”.

Bu barədə AZƏRTAC-a İrpen şəhərinin meri Oleksandr Markuşin məlumat verib.

Mer Oleksandr Markuşin çıxışında Azərbaycanı Ukrayna üçün dost, qardaş ölkə kimi qiymətləndirib.

“Biz müharibə zamanı Azərbaycanın daimi diqqətini görmüşük. Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə SOCAR-ın Ukraynadakı nümayəndəliyi akademik Zərifə Əliyeva adına 12 saylı orta məktəbi tez bir zamanda əsaslı təmir etdi. Azərbaycan dövlətinin İrpenin bərpasına dəstəyi davam edəcək. Mən müharibə zamanı İrpenə göstərdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm”, - deyə mer əlavə edib.

Bənzər xəbərlər

Gündəm

0.029760122299194