Həkimlər suşinin təhlükələri barədə xəbərdarlıq etdilər
Norveçin Elm və Texnologiya Universitetinin alimləri müəyyən ediblər ki, suşi və digər xam dəniz məhsulları antibiotiklərə davamlı böcəklərin mənbəyi ola bilər.
Alimlər dəniz məhsullarında “Aeromonas” bakteriyasının müxtəlif növlərini aşkar ediblər. Nəticələr göstərib ki, balıq məhsullarının zəif emalı “Aeromonas” bakteriyalarının aradan qaldırılmasına zəmanət vermir.
Tədqiq olunan bakterial variantların əksəriyyəti patogen ola bilər, lakin insanlar üçün xəstələnmə riski mövcuddur.
“Suşi, saşimi və soyuq hisə verilmiş balıq məhsullarının tərkibindəki bakteriyalar bu cür qidaları tez-tez yeyən insanlar, xüsusən də immun sistemi zəif olan insanlar, uşaqlar və yaşlılar üçün risk yarada bilər”, - tədqiqat müəllifləri qeyd ediblər.
Başqa bir narahatlıq isə “Aeromonas” bakteriyasının digər bakteriyalarla genetik material mübadiləsi qabiliyyətilə bağlıdır.
Qeyd edək ki, hazırda müalicəsi çətin olan və bəzi hallarda heç bir antibiotikin təsir edə bilmədiyi davamlı bakteriyalar bütün dünyada artan problemdir. Mikroblar heyvanlar və insanlar arasında qida və ətraf mühit vasitəsilə ötürülür.
Mənbə: gazeta.ru