Gəncədə piyadanı vuran sürücü hadisə yerində qaçıb
Gəncədə piyadanı minik maşını vurub.
APA-nın məlumatına görə, hadisə şəhərin Şah İsmayl Xətai prospektində qeydə alınıb.
Hərəkətdə olan “Mercedes” markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən 1982-ci il təvəllüdlü, Sənhan Hüseynovu vurub.
Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Məlumata görə, piyadanı vuran avtomobil qəzadan sonra hadisə yerindən yayınıb.
Hazırda avtomobilin tapılması istiqamətində axtarışlara başlanılıb.
Faktla bağlı araşdırma aparıılır.