Sep 25

Dünyada ikinci dəfə donuz ürəyi insana köçürülüb - VİDEO

Merilend Universitetinin alimləri ürək çatışmazlığı səbəbindən həyatı təhlükədə olan xəstəyə donuz ürəyinin transplantasiyası əməliyyatını həyata keçiriblər.

Bu, dünyada ikinci analoji hal olub.

Ürək çatışmazlığından əziyyət çəkən 58 yaşlı ABŞ Hərbi Dəniz Qüvvələri veteranı Lourens Fosett əsas tibbi şərtlərə görə insan ürəyinin transplantasiyası üçün uyğun olmayıb. O, dünyada donuz ürəyi alan ikinci xəstə kimi tarixə düşüb. Əməliyyatdan iki gün sonra kişi zarafat etməyə və stulda oturmağa başlayıb. Növbəti bir neçə həftə kritik olsa da, həkimlər xəstənin xarici orqana qarşı yaxşı immun reaksiyasını nəzərə alaraq nikbindirlər.

Mənbə: gazeta.ru

Bənzər xəbərlər

Gündəm

0.029783010482788