Sep 24

Qazaxda toy karvanına qoşulan traktor aşdı - FOTO/VİDEO

Qazaxda toy karvanına qoşulan traktor aşıb.

Mozalan.az xəbər verir ki, hadisə rayonun Daş Salahlı kəndində baş verib.

Belə ki, traktor sürücüsü öz toyunda toy karvanını traktorlardan təşkil etmək istəyib. Karvana daxil olan traktorlardan birinin sürücüsü isə idarəetməni itirərək, qəza törədib.

Qəza nəticəsində traktor aşıb, sürücü Mayıl Cəbiyev isə yüngül xəsarətlər alıb.

Aysel Aslan

Bənzər xəbərlər

Gündəm

0.019207954406738