Sep 23

Ceyhun Bayramov BMT Baş Assambleyasının sessiyasında çıxış edir - CANLI

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxış edir.

Mozalan.az xəbər verir ki, nazir sessiya çərçivəsində ikinci dəfə BMT kürsüsündən beynəlxalq ictimaiyyətə səslənir.

Bundan əvvəl C.Bayramov BMT Təhlükəsizlik Şurasının sentyabrın 21-də Qarabağla bağlı keçirilən iclasında danışıb.

17:34

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün BMT Baş Assambleyasının (UNGA) 78-ci sessiyasında çıxış edəcək.

“Report”un ABŞ bürosu xəbər verir ki, o, bu sessiya çərçivəsində ikinci dəfə BMT kürsüsündən beynəlxalq ictimaiyyətə səslənəcək.

C.Bayramov BMT Təhlükəsizlik Şurasının sentyabrın 21-də Qarabağla bağlı keçirilən iclasında çıxış edib.

Qeyd edək ki, nazir ABŞ-nin Nyu-York şəhərində səfərdədir.

Xatırladaq ki, Baş Assambleya 1945-ci ildə yaradılıb və BMT-nin əsas məsləhətçi, siyasət və nümayəndəlik orqanıdır və hazırda BMT-yə üzv olan 193 ölkənin BMT baş Assambleyasında da təmsil olunur. Assambleyanın əsas iclası hər ilin sentyabr ayında keçirilir.

Bənzər xəbərlər

Gündəm

0.050342082977295