Sep 23

Hərbi attaşelər ermənilərdən müsadirə edilmiş döyüş texnikası, silah-sursata baxış keçiriblər - YENİLƏNİB

Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri ermənilərdən müsadirə edilmiş döyüş texnikası, silah və sursata baxış keçiriblər.

Bu barədə “Report”un Şuşaya ezam olunan əməkdaşı xəbər verir.

Onlara Müdafiə Nazirliyinin rəsmiləri tərəfindən məlumat verilib.

18:30

Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirində tərk edilmiş erməni separatçılarından təmizlənən döyüş məntəqəsində olublar.

Bu barədə “Report”un Şuşaya ezam olunan əməkdaşı xəbər verir.

Onlara Müdafiə Nazirliyinin rəsmiləri tərəfindən ətraflı məlumat verilib.

18:03

Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra ilk dəfə akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri Şuşaya səfər ediblər.

Bu barədə “Report”un Şuşaya ezam olunan əməkdaşı xəbər verir.

Onları Müdafiə Nazirliyinin rəsmiləri müşayiət edirlər.

Bənzər xəbərlər

Gündəm

0.024142026901245