Sep 23

7 aylıq Xədicənin sağalmağı üçün cəmi 500 manata ehtiyacı var - FOTO

7 aylıq Xədicənin sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Mozalan.az-a onun anası Sara İsmayılova məlumat verib.

O bildirib ki, övladı anadangəlmə böyrək çatışmazlığından əziyyət çəkir.

“Xədicə anadangəlmə böyrək çatışmazlığından əziyyət çəkir. Vəziyyəti isə günü-gündən ağırlaşır. Həkimlər xəstəlik inkişaf etsə, böyrək köçürülmə əməliyyatına ehtiyac olacağını deyirlər. Mənim övladım çox balacadır, bu əməliyyatı etdirmək üçün imkanımız da yoxdur. Hazırda övladımın müalicələrə ehtiyacı var. Müalicələr üçün lazım olan 2 500 manatın 2 000 manatını toplaya bilsək də, hələ də 500 manat toplaya bilməmişik”.

Gənc ana Xədicənin onun tək övladı olduğunu qeyd edib:

“Xədicə mənim tək övladımdır. Onu itirməkdən çox qorxuram. Biz kirayədə yaşayırıq, yoldaşım isə kuryer kimi fəaliyyət göstərir. Yardımsevər şəxslərdən mənim körpə balama dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (055) 472-57-84

Bənzər xəbərlər

Gündəm

0.027309894561768