Nigeriyada universitetin 35 tələbə və əməkdaşı qaçırılıb
Nigeriyanın şimal-qərbindəki Zamfara əyalətində silahlı şəxslər universitetin 35 tələbə və əməkdaşını qaçırıblar.
Məlumata görə, qaçırılanlar Qusau Federal Universitetinin tələbələridir.
Silahlılar yataqxanaya daxil olaraq tələbələri əsir götürüblər. Qaçırılanların əksəriyyəti qızlardır.
Mənbə: Rambler