Sep 22

Ucarda şəhərin giriş qapısının üstünə çıxan şəxs yıxılıb, xəsarət alıb - FOTO

Ucar şəhərinin giriş qapısından yıxılan rayon sakini ağır xəsarət alıb.

APA-nın xəbərinə görə, bu gün axşam saatlarında Ucar şəhərinin giriş qapısının üstünə çıxan rayon sakini, 1984-cü il təvəllüdlü Elvin Allahverdi oğlu Qasımov asfalt örtüyün üzərinə yıxılıb.

İlkin ehtimala görə, içki düşkünü olan şəxs giriş qapısının yaxınlığında yatırmış və əşyalarını məhz yıxıldığı yerdə, qapının yuxarı hissəsində gizlədirmiş.

Zərərçəkən ağır vəziyyətdə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Fakt araşdırılır.

Bənzər xəbərlər

Gündəm

0.026895999908447