Ebeko vulkanında 2,5 km hündürlükdə kül püskürməsi qeydə alınıb
Rusiyanın Kamçatka yarımadasında yerləşən Ebeko vulkanı 2,5 km hündürlüyə kül püskürüb.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Saxalin vilayəti üzrə mətbuat xidməti məlumat yayıb.
Departamentin məlumatına görə, kül şleyfi 5 km-dən çox məsafəyə yayılıb. Ən yaxın Şimali Kuril şəhərində külün tökülməsi müşahidə olunmayıb, həmçinin hidrogen sulfid qoxusu hiss olunmayıb.
Qeyd olunur ki, əhalinin həyat fəaliyyəti üçün heç bir təhlükə yoxdur. Ebeko vulkanı Şimali Kurildən 7 km məsafədə, Vernadski silsiləsinin şimal hissəsində yerləşir.
Mənbə: mk.ru