Sep 16

Tanınmış alimin kitabı Türkiyədə təqdim olundu - FOTO

Sentyabrın 15-16-da İstanbulun Xalq Konqres Mərkəzində Dünya Türk İş Konseyinin ( DEİK) X Qurultayı keçirilib.

Toplantıda çıxış edən Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan qurultayın işinə uğurlar arzulayıb.

Mötəbər tədbir çərçivəsində Türk Dövlətləri Təşkilatının  (TDT) təşkilatçılığı ilə “Beş Dövlət Tək Diaspor” devizi ilə iclas da düzənlənib. Dörd min qonağın iştirak etdiyi tədbirdə tanınmış alim və ictimai xadim, Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingiz Abdullayevin Türkiyədə işıq üzü görən “Kardeş ülkeler” (türk dilində) və “Türkiyenin çok kültürlü mühiti” (türk və ingilis dillərində) kitablarının imza günü keçirilib.

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə keçirilən imza günündə professor Çingiz Abdullayev tədbir iştirakçıları ilə fikir mübadiləsi aparıb, müəllifi oldiğu kitablarla bağlı suallara cavab verib.

Ötən ay İstanbulda nəfis çəkildə nəşr edilən hər üç kitab Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunub.

Bənzər xəbərlər

Gündəm

0.027798891067505