Dörd yaşlı Əlinin müalicəsi üçün 200 manata ehtiyacı var - FOTO
Dörd yaşlı Əlinin sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Mozalan.az-a onun anası Ülkər Abdullayeva məlumat verib.
O bildirib ki, Əli baş-beyin inkişafı qüsuru ilə doğulub.
“Əli 2019-cu ildə dünyaya gəlib, ikinci övladımdır. Hamiləlik dövründə hər şey qaydasında olsa da, doğulandan sonra baş-beyinin inkişafdan qaldığını öyrəndik. Əli doğulan ilk gündən müalicələr edilib, amma bu problem düzəlməyib. Son dövrlərdə isə başına su yığılır. Bir neçə həftə əvvəl su çəkilsə də, yenidən su gəlməyə başlayıb. Həkimlər müalicə almalı olduğunu deyirlər”.
Ülkər Abdullayeva qeyd edib ki, müalicə üçün dəstəyə ehtiyacları var.
“Biz Əlinin əməliyyatını sizin saytın oxucularının dəstəyi ilə toplayıb, etdirə bildik. Hazırda isə övladımın müalicəyə ehtiyacı var. Bunun üçün isə bizə 200 manat lazımdır. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”
Ailə ilə əlaqə: (055) 894-49-75