Vəhşi təbiətin çəkilişləri zamanı maraqlı hadisə: Qorxmadan fotoqrafa yaxınlaşdı - VİDEO
Sosial şəbəkələrdə fotoqrafın vəhşi təbiətin çəkilişi zamanı başına gələn hadisə gündəm olub.
Belə ki, təbiətşünas-fotoqrafa çəkiliş zamanı qorxmadan gənc oselot (pələng pişiyi cinsinə aid heyvan növü – red.) yaxınlaşıb və işini bir kənara qoyaraq onu sığallamasını istəyib.
Bu anların əks olunduğu görüntülər pişiklərin nə qədər böyük və sərt olsalar da, hamısının sığalı sevdiyi fikrini yaradıb.
Heyvan Amerikada yaşayan və pişik ailəsindən olan yırtıcı məməli heyvandır. Oselotun başdan quyruğa qədər olan uzunluğu 100-140 sm, boyu təxminən 50 sm, çəkisi 10-16 kq təşkil edir. Oselot zahiri görünüşünə görə uzunquyruqlu pişiyi və ya bəbir balasını xatırladır, baxmayaraq ki, uzunquyruqlu pişikdən böyük və bəbirdən kiçikdir.
Onlar Mərkəzi Amerikada, Cənubi Amerikanın şimal və mərkəz hissələrində yayılıb. Yaşadığı ən şimal bölgə ABŞ-nin Texas ştatıdır.
Onlar tək yaşayırlar və əsasən gecələr ov edirlər. Ağaclara və qayalara dırmaşmaq qabiliyyətlərinə baxmayaraq, yerdə ov edirlər. Şikarına əsasən kiçik məməlilər və quşlar daxildir, lakin bəzən ilanlarla da qidalana bilirlər. Ən böyük fərdləri kiçik eşşəkləri və donuzları da yeyə bilir.
Mənbə: “Lenta dnya” “Telegram”