Paşinyan: “İrəvan qısa zamanda sülh müqaviləsi ilə bağlı Azərbaycanın təkliflərinə cavab verəcək”
“Ermənistan qısa zamanda sülh müqaviləsi ilə bağlı Azərbaycanın təkliflərinə cavab verəcək”.
Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
O, vurğulayıb ki, sülh region ölkələrinin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə təminat verə biləcək yeganə amildir.
Mənbə: News.am